Qobunun küftə-bozbaşı və ya AĞIRLIQDAN SINAN MASALAR – SABİR RÜSTƏMXANLI YAZDI

Bir daha”xırda” məsələ haqqında

Heç yerdə Bakının Qobu kəndindəki kimi dadlı küftə-bozbaş yeyə bilməzsiniz.

Onun dalınca nəcə başqa bir xörək yemək günahdır…

Sözümün canı var.

Mənə dedilər ki, Qobuda bu ğün də toyları kəndin bu şah yeməyi ilə yola verirlər.

Nə toylardan narazı qalan var, nə doymadım deyən…

Bir vaxtlar Bakının bütün kəndlərində beləydi.

Yeni zəngin nəsillər gəlib öz görməmişlik və şöhrətpərəstlikləri ilə şəhər toylarını Azərbaycan mətbəxinin və bərəkətinin yarış və israf meydanına çevirdilər…

Kimin ağlına nə gəlirsə və əlinə nə düşürsə düzür süfrəyə.

Masalar ağırlıqdan sınır.

İmkanlıların Şadlıq evlərində də yerin-stulun biri 100-200 manat arasında.

İnsan də özü özünə belə zülm eləyər?!

Veriıən nəmər toy sahibinə çatsa, ailə quran gənclərimizin ehtiyacına xərclənsə nə vardı ki!

Qazan, doldur toyxana mafiyasının ciblərini…

Bu mafiyanı və yabançı adlar daşıyan Şadlıq saraylarını baykot etməyin ən yaxşı yolu Qobu kəndinin nümunəsidir.

Bir vaxtlar da yazmışdım: Köhnə Bakının toy ənənələrini bərpa edək!

Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur!…

Sabir RÜSTƏMXANLI,

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Xalq şairi

Etikxeber.az

Read Previous

Növbədənkənar seçkiləri müşahidə etmək üçün müraciət müddətləri – MÜƏYYƏNLƏŞDİ

Read Next

Yağış yağacaq – SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir