Qodin “İnter” klubuna transfer olundu

Uruqvayın futbol üzrə milli komandasının müdafiəçisi Dieqo Qodin İtaliyanın “İnter” klubuna transfer olunub.

Etikxeber.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 33 yaşlı müdafiəçi Milan təmsilçisinə azad agent kimi transfer edilib.

O, “İnter” ilə üçillik müqavilə imzalayıb.

Qeyd edək ki, D.Qodin 2010-cu ildən etibarən “Atletiko Madrid”in formasını geyinib.

O, Madrid təmsilçisinin heyətində İspaniya çempionu, ölkənin Kubokunun qalibi, iki dəfə UEFA Avropa Liqasının, üç dəfə UEFA Super Kubokunun qalibi olub.

Xatırladaq ki, D.Qodin “Atletiko”nun heyətində keçirdiyi 277 oyunda 17 qol vurub.

Etikxeber.az

 

Read Previous

“Məqsəd uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşması istiqamətində işlərin aparılmasıdır” – GÜNAY AĞAMALI – FOTOLAR

Read Next

Türkiyə tərəfi bu məsələdə Şimali Kiprin yanındadır – TÜRKİYƏ XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir