“Qondarma “erməni soyqırımı” bəzi dövlətlərin əlində sadəcə siyasi maraqlarını həyata keçirmək üçün istifadə etdikləri vasitədir”-RAMİN MƏMMƏDOVDAN TƏPKİ

ABŞ prezidentinin soyqırımı ifadəsini işlətməsi heç bir tarixi fakta və dəlilə əsalanmır. Bu bölgədə tamamilə müstəqil siyasət yürüdən, qısa müddətdə güclü regional oyunçu kimi özünü təsdiq edən qardaş Türkiyəyə siyasi təzyiq cəhdidir.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Onun fikrincə, bu cür addımlar Türkiyə kimi böyük tarixə malik bir ölkəni öz yolundan döndərə bilməz. Ramin Məmmədov bildirib ki, “erməni soyqırımı” oyunu uzun illərdir ki, ABŞ siyasi elitasının əlində Türkiyəyə təzyiq vasitəsinə çevrilib. Artıq rəsmi Vaşinqton bu vasitədən istifadə etdi:

“Baydenin bu ifadəni işləməsinin hansısa hüquqi nəticələr doğurması mümkün görünmür. Lakin şübhəsiz ki, ciddi siyasi nəticələri olacaq. Bu nəticələrdən biri isə ABŞ-ın çox güclü və etibarlı tərəfdaşlarından birini itirməsi ola bilər. Türkiyə regionda sülhün və sabitliyin təmin olunmasında son dərəcə əhəmiyyətli rol oynayan vacib dövlətdir. Görünür ABŞ siyasi elitasında bu reallığı düzgün qiymətləndirə bilməyən dairələr var”.

Milli Məclisin deputatı onu da vurğulayıb ki, bu cür açıqlamaları mahiyyət etibarilə regionda əməkdaşlıq mühitinin yaradılmasına da mənfi təsir göstərə bilər. Xüsusilə də ona görə ki, son dövrlərdə bu istiqamətdə çox ciddi təşəbbüslərin ortaya atıldığı müşahidə olunurdu:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması Türkiyənin də fəal iştirakı ilə regionda bütün kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası istiqamətində bəzi addımlar atılmağa başlamışdı. Lakin Baydenin açıqlaması Ermənistanda keçmişlə yaşamaq meyillərini gücləndirə, əməkdaşlıq təşəbbüslərinə qarşı müqavimətin artmasına xidmət edə bilər. Ümid edək ki, sağlam düşüncə qalib gələcək”.

R. Məmmədov qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi Türkiyənin yanındadır.

Tarixdə “erməni soyqırımının” olduğunu təsdiq edən heç bir fakta rast gəlinmədiyini bildirən deputat vurğulayıb ki, əksinə ermənilər özləri dəfələrlə türk xalqlarına qarşı tarixdə analoquna az təsadüf olunan soyqırımlar törədiblər: “1918-ci ildə baş verən azərbaycanlılara qarşı 31 Mart soyqırımı, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı var. Lakin çox təəssüf ki, dünyanın bir çox dövlətləri bu dəhşətli faktları görməzdən gəlir. Bu bir daha sübut edir ki, qondarma “erməni soyqırımı” bəzi dövlətlərin əlində sadəcə siyasi maraqlarını həyata keçirmək üçün istifadə etdikləri vasitədir”.

Etikxeber.az

Read Previous

ABŞ səfiri Türkiyə-XİN-Ə ÇAĞIRILDI VƏ…

Read Next

“Böyük bir dövlətin başçısı gərək heç büdrəməsin: nə yeriyəndə, nə də danışanda!”-MUSA URUD YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir