Qondarma rejimin sabiq “müdafiə naziri” Mnatsakanyan Laçında saxlanılaraq Bakıya gətirildi-DSX MƏLUMAT YAYDI

Qondarma rejimin sabiq “müdafiə naziri” Mnatsakanyan Laçında saxlanılaraq Bakıya gətirilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.

Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Etikxeber.az

Read Previous

Davit Manukyan barəsində 4 aylıq həbs-QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ – FOTO – YENİLƏNİB

Read Next

Elməddin Hüseynzadə, Bilal Qənbərov, Adəm Əliyev və Ramil Babayev- BƏRDƏLİ, BAKILI VƏ KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ: BU GÜN ÜÇ ŞƏHİDİN ANIM, BİLAL QƏNBƏROVUN İSƏ DOĞUM GNÜDÜR… – FOTO – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir