Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə münasibətləri 2015-ci ilin noyabrınadək (“Su-24” təyyarəsinin vurulmasınadək – red.) olan səviyyədən daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib.
Etikxebar.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Ərdoğan Ankarada parlamentin payız sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.
“Biz qonşularımızla münasibətləri normallaşdırırıq. Rusiya ilə müxtəlif sahələr – kənd təsərrüfatı, energetika, iqtisadiyyat, turizm sahələri üzrə danışıqlar aparılır. Biz göstəricilərimizi əvvəlki səviyyəyə qaytarmaq və hətta ondan daha yuxarı səviyyəyə çatdırmaq niyyətindəyik” – deyə, Ərdoğan qeyd edib.
Etikxeber.az