“Qorunan əmanətlər geri qaytarılacaq, 100 milyon manat yox?” – VAHİD ƏHMƏDOV

“Bank Standard”da əmanətçilərə əmanətlərin qaytarılmasında ciddi problemlər yaranıb”. Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Vahid Əhmədov  Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 0ktyabrın 21-də keçirilən iclasında “Kredit büroları haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, “Bank Standard”-ın 560 milyon manatadək əmanəti var ki, ancaq bunun 460 milyon manatı qorunun əmanətdir. “Yerdə qalan 100 mln. manat isə qorunmur. O zaman  qorunan əmnatələr geri qaytarılacaq, 100 milyon manat yox? Bəs bu əmanət sahiblərinin  taleyi necə olacaq? Demək onalrın əmanəti geri qaytarılmayacaq? Bu düzgün olmayan və ədalətli yanaşma deyil”- deyə, millət vəkili vurğulayıb.
Maliyyə Bazarlarına Nəzartə Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə millət vəkili V. Əhmədovun qaldırdığı bu məsələ ilə razılaşmayaraq bildirib ki, “Bank Standard”ın qorunan əmanətləri kompensasiya edilir. “Qorunan əmanətlər qanuna müvafiq olaraq 100% həcmində kompensasiya edilir. Qorunmayan əmanətlərə gəlincə, həmin insanlar şüurlu surətdə buna qol çəkiblər”.R.Aslanlı əlavə edib ki, məsələn, bankda “Uşaq əmanəti”nə görə ildə 20% xarici valyutada faiz ödənilib. “Siz də digər tərəfdən deyirsiniz ki, biznesmenlər yuxarı faizlə kredit ala bilmir. Bəli, iqtisadiyyat xarici valyutada 20%-i generasiya etmək iqtidarında deyil, o qədər dəyər yaratmaq mümkün deyil. Bəri-başdan bəllidir ki, bu 20%-lik depozit itəcək”– deyə, o bildirib.
Etikxeber.az

Read Previous

“Bank Standard”-ın əmanətçilərinin hamısını az qala şəxsən tanıyıram” – Aslanlı

Read Next

“Konstruktiv yanaşmanı “təhdid” kimi dəyərləndirən Ermənistan rejimindən nə gözləmək olar?” – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir