“Qorxmaz Gizir” ləqəbli, 5 medallı, orden Haqqı hələ də tanımayan Elfaq Nağıyev: BU GÜN ŞƏHİDİN ANASI “VƏTƏN NAMİNƏ” TƏŞKİLATININ “ŞƏHİD ANASI” MEDALI İLƏ TƏLTİF OLUNDU…- FOTOLAR – YENİLƏNİB

Bu gün daha bir İkinci Vətən Müharibəsi Şəhidimizin anasına “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İcrimai Birliyinin “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdim.

Əslən Gədəbəyin Parakənd kəndindən olan, özü isə ailəsi ilə birlikdə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan (yaşamış) peşəkar hərbçi, “Qorxmaz Gizir” ləqəbli İkinci Vətən Müharibəsi Şəhidi Elfaq Azad oğlu Nağıyevin ailəsində oldum.

Şəhidimizin valideynlərini ziyarət etdim, onlara baş çəkdim.

Xatırladım ki, bu ocaqda ikinci dəfə olurdum, aylar öncə də Şəhidimizin valideynlərini, ailə üzvlərini ziyarət etmişdim.

Bir daha Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm arzuladım, bir daha “Şəhidimizin məqamı Uca, məzarı behiştlik olsun!”-dedim…

Bir daha onların qarşısında və Şəhidimizin ruhu önündə ehtiramla baş əydiyimi, bir daha onlara və Şəhidimizə borclu olduğumu, borclu olduğumuzu bildirdim.

Onların, Şəhidimizin, cəmi Şəhidlərin borcundan heç vaxt çıxa bilməyəcəyimi, bilməyəcəyimizi bir daha söylədim…

Bir daha Şəhidimizin ailəsi ilə söhbətləşdim, dərdləşdim, bir daha onlarla birlikdə Şəhidimizin qısa, lakin mənalı, şərəfli ömür və döyüş yoluna ekskurs etdim…

Hər anı, hər saniyəsi bir Qəhrəmanlıq Dastanı olan ömür və döyüş yolu…

Fəxr, Qürur, İftixar mənbəyimiz…

***

Bu yerdə qeyd edim ki, Şəhidimizgildə olarkən İkinci Vətən Müharibəsinin iştirakçılarından olan və qonşuluqda yaşayan Kənan Qoşqar oğlu Hacıyev də onlara gəldi…

Hər zaman da Şəhidin ailəsinin yanıdadır, onlara dəstəkdir…

Kənan da əslən Gədəbəyli, Şınıxdandır…

Uzun illərdir ailəsi ilə birlikdə Zabrat-1-də, Elfaqgilin qonuşuluğunda yaşayırlar…

Kənan 2001-ci il təvəllüdlüdür…

Ailənin 3 övladından biridir…

İkinci Vətən Müharibəsi başlayan zaman 1 il 1 ayın Əsgəri olub…

Beyləqan istiqamətində “N” saylı hərbi hissədə qulluq edib…

Və müharibənin ilk günündən son gününə qədər döyüşlərdə iştirak edib…

Füzuli, Xocavənd, Qubalı istiqamətlərində döyüşüb…

3 medalla-“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Vətən uğrunda” medalları ilə təltif olunub…

Müharibə veteranıdır…

Səhhətində problemlər olsa, ailəsinə kömək məqsədilə xırda ticarətlə məşğul olur…

Müharibədən, 2 il çəkən Əsgərliyindən sonra da nə özü, nə də ailəsi ilə maraqlanan olub…

Çox təəssüfedici və xoşagəlməyən durum….

Həm də subaydır…

***

Şəhidimizin ailə üzvləri və Qazimizlə söhbətləşdikdən sonra Şəhidimizin anası Aytəkin xanıma, Aytəkin Bəylər qızı Nağıyevaya Qubalı Şəhidimiz Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İcrimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdim.

Şəhid anası da öz növbəsində bu nəcib addımına görə Tünzalə xanıma və “Vətən Naminə” təşkilatına minnətdarlğını idafə etdi.

Bildirdi ki, bütün Şəhid ailələri, Şəhid anaları Dərd və Qürur ortaqlarıdır və hər zaman da bir-birilərinin yanında olmalı, bir-birilərinə dəstək verməlidirlər.

Şəhidimizin anası eyni zamanda, bir daha oğlunun Haqqı olan ordenlə təltif olunması arzusu və istəklərini dilə gətirdi.

Və yaşadıqları küçəyə övladının, Şəhidinin adının verilıməsini bir daha aidiyyatı qurumlardan xahiş etdi.

İnanmaq istərdik ki, Şəhid anası, Şəhid ailəsinin hər iki arzusu və istəyi nəhayət, nəzərə alınacaq və Elfaq Nağıyevin orden, küçə adı Haqqı tanınacaq.

Nur içində yatsın!

12:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bayden 430 milyardlıq “inflyasiya qanun”unu-TƏSDİQLƏDİ

Read Next

Müstəqil İndoneziya və ya geridə qalan-77 İL – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir