“Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib…”-MÜDAFİƏ NAZİRLİYİ – TƏRTƏR, AĞCABƏDİ VƏ AĞDAM ATƏŞƏ TUTULDU – DÜŞMƏN QUBADLIDA GERİ ÇƏKİLMƏYƏ MƏCBUR EDİLDİ – YENİLƏNİB – (3)

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. 

Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. 

Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib.

Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin atəşə tutması nəticəsində düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var. Onun döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub. 

Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.

Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

08:26

***

Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur.

Bu barədə də MN-dən bildirilib.

13:26

***

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri öz üstünlüyünü qoruyub.

MN-dən bildirilib ki, oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1tank və bir neçə atəş nöqtəsi məhv edilib.

18:00

***

“Ötən sutka ərzində qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib”.

 Bunu isə bu gün keçirilər brifinqdə MN-nin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, düşmənin artıq döyüş sursatı tükənir:

“Hazırda bölmələrimiz döyüş şəraitinə nəzarət edir. Hərbi hava qüvvələrimiz düşmənin hərbi infrastrukturunu hədəfə alır. Düşmən havadan və qurudan darmadağın edilir”.

19:25

***

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

MN-dən bildirilib ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib.

Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

https://wetransfer.com/downloads/eee50314547aeb099d83dfcf68b6b9ec20201025151319/dc0857

Etikxeber.az

Read Previous

İlham Əliyev İndoneziya, Tunis, Niger, Dominikan, Vyetnam, Cənubi Afrika və Sent-Vinsent və Qrenadinin rəhbərlərinə-MƏKTUB ÜNVANLADI

Read Next

“Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib…Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq…”-Ali Baş Komandanın rəhbərliyi ilə MN-nin Mərkəzi Komanda Məntəqəsində operativ-MÜŞAVİRƏ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir