“Qoy bu ağaclar Vətənimizi daha da gözəlləşdirsin…” – MİLLƏT VƏKİLİ

Ağac əkmək, körpü salmaq, yol çəkmək xeyirxah əməl, müqəddəs borc, şərəfli vəzifədir. Ölkə başçısı cənab İlham Əliyevin, Birinci vitse- prezident Mehriban xanım Əliyevanın bu sahədəki xidmətləri əvəzsiz və unudulmazdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə,  böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubleyi ilə bağlı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan və ölkə Prezidentinin qatıldığı 650 min ağac əkək kampaniyası bu xeyirxah əməllərin davamıdır.

“Biz deputatlar da bu kampaniyada iştirak etdik və xeyli ağac əkdik.

Əkilən hər bir ağac böyük şairin ölməz xatirəsinə ehtiram ifadəsi olmaqla, həm də sənətə, sənətkara veriıən qiymətin göstəricisidir.

Qoy bu ağaclar Vətənimizi daha da gözəlləşdirsin, təbiətimizi canlandırsın, xeyirxah əməllərə xidmət edənlərin ömrünü uzatsın…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

YAP-ın “namizədlər siyahısı” – HAZIRDIRMI?

Read Next

“Yeni seçkilər cəmiyyətimizə yeni ruh, yeni ab-hava gətirəcək…” – ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir