“Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin!”-MEHRİBAN ƏLİYEVA

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “X” səhifəsində Novruz bayramı münasibətilə paylaşım edib.

Etikxeber.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc, səadət və uzun ömür arzulayıram! Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, hörmət və diqqətinizə görə çox sağ olun!

Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına dözüm və səbir versin. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Etikxeber.az

Read Previous

Cəmi 18 yaşında Vətən uğrunda canını fəda edən antiterror Şəhidi Gökhan Səfərov-BU GÜN ONUN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, 19 YAŞI TAMAM OLUR…

Read Next

Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir