Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!”-MEHRİBAN ƏLİYEVA PAYLAŞIM ETDİ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

Etikxeber.az  xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm!

Mərdliyinizə və dözümlülüyünüzə görə çox sağ olun!

Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinizə görə sizə minnətdarıq!

Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin.

Belə qəhrəman oğullar böyütmüş ana və ataların qarşısında baş əyir, onlara səbir diləyirəm.

Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!”

Etikxeber.az

Read Previous

“Gənc Tarixçilər” Birliyinin yaradıldığı-ELAN EDİLDİ… – FOTOLAR

Read Next

Güclü külək əsəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir