Qrup mərhələsi üçün komandanın şansları qalır – QURBAN QURBANOV

Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir.

Etikxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın Avropa Liqasının pley-off mərhələsində səfərdə “Şerif”ə 0:1 hesabı ilə məğlub olduğu ilk matçdan sonrakı mətbuat konfransında deyib.

KURBANNNNNNNNNNNN

İndi cavab oyununda xüsusi nəyisə dəyişmək haqda danışmaq tez olduğunu söyləyən Qurban Qurbanov qeyd edib ki, “Şerif” 1:0 hesablı qələbə qazansa da qrup mərhələsi üçün komandanın şansları qalır.

“Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq”, – deyə o vurğulayıb.

Moldova klubu ilə cavab matçı avqustun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Etikxeber.az

Read Previous

“Qarabağ” play-off mərhələsində ilk oyununu keçirdi və … – YENİLƏNİB

Read Next

İlham Əliyev və Mehriban Əliyeva idman-əyləncə park kompleksinin açılışında – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir