“Qu gölü” yenidən Opera və Balet Teatrında

Oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baleti təqdim ediləcək. Klassik balet sənətinin parlaq nümunələrindən olan səhnə əsəri uzun illərdir ki, teatrın repertuarındadır.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, tamaşada Odetta-Odilliya partiyasını ilk dəfə balet truppasının gənc solisti Ayan Eyvazova ifa edəcək.

A.Eyvazova truppanın ən ümidverən solistlərindəndir. Tamaşada onun tərəf müqabili kimi truppanın aparıcı solisti Makar Ferştandt çıxış edəcək. Digər rollarda Əməkdar artistlər Samir Səmədov Kamran Qurbanov və başqaları çıxış edəcəklər.

Tamaşanı Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Etikxeber.az

Read Previous

Ayın 17-dən “Bank Standard”dakı iri məbləğdə əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılacaq

Read Next

Qənirə Paşayeva AŞPA-nı Türkiyənin yanında olmağa səslədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir