Quba və Qusarın dağlıq ərazilərinə 15 santımetrədək qar yağdı

Dekabrın 13-dən başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti dəyişib və qar yağmağa başlayıb.

Etikxeber.az xəbər verir ki, Quba və Qusarın dağlıq ərazilərinə qarın hündürlüyü 15 santımetrə çatıb. Havanın temperaturu mənfi 2-10 dərəcə arasında dəyişir.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, ən çox yağıntı Qusarın Ləzə kəndində qeydə alınıb. Burada qarın hündürlüyü 17 santımetrə çatır. Xızının Altıağac qəsəbəsinə 10, Qubanın Xınalıq kəndinə 4, Qusar ərazisinə isə 5 santımetr qar yağıb.

Etikxeber.az

Read Previous

Aygün Bayramova Nəzakət Teymurovaya görə “üsyan” etdi…

Read Next

Yaşlı kişi üzərində sol budun bipolyar artroplastika əməliyyatı icra olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir