Qubada da ciddi korrupsiya faktları aşkarlandı

Hesablama Palatasının Kollegiya iclasında mövcud  qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsindən 2014-2015-ci illərdə Quba  Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri haqqında hesabat müvafiq qaydada təsdiq olunub.

Etikxeber.az-ın məlumatına görə, audit 2014-2015-ci illərdə Quba  Rayon İcra Hakimiyyəti tərəfindən Afurca kənd 120 və Qımılqışlaq kənd 220 şagird yerlik tam orta məktəblərinin tikintisi, Quba rayonu Rustov-Xanəgah-Gürdah, Rustov-Nöydün-Şuduq, Rustov- Məcgəxacə, Rustov-Bağçəli-Yekdar avtomobil yollarının tikintisinə  istifadə olunan ümumilikdə 19710,4 min manat vəsaiti əhatə edib.

Müəyyən edilib ki, layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb. Qüvvədə olan qaydaların tələblərinə əməl edilməyərək Afurca kənd 120 şagird yerlik tam orta məktəbinin tikintisində akt zalının, fizika kimya laboratoriyalarının, kitabxananın, Qımılqışlaq kənd 220 şagird yerlik ümumi orta məktəbinin tikintisində isə idman zalının, fizika və kimya laboratoriyalarının, akt zalının və kitabxananın sahəsi təsdiq olunan normalardan az layihələndirilib. Afurca kənd 120 və Qımılqışlaq kənd 220 şagird yerlik məktəblərinin tikintisi başa çatdırılıb, 2014-cü ilin sentyabr ayından istifadə olunmasına baxmayaraq, mövcud  qaydaların tələbinə uyğun  istismara qəbulu  və çəkilən məsrəflərin müvafiq qaydada uçota alınması  təmin edilməyib. Obyektlər üzrə daxili və xarici su, kanalizasiya və istilik xətlərinin quraşdırılması  işlərinə sınaq aktları tərtib olunmayıb.

Rustov-Xanəgah-Gürdəh, Rustov-Növdün-Şuduq, Rustov-Məcgəxacə, Rustov-Bağçalı-Yekdar yollarının tikintisinin nəzərdə tutulmuş qrafik üzrə başa çatdırılmadığı müəyyən edilib. Yolların tikintisi zamanı texniki təminat müddəti nəzərə alınmadan son ödəmə həyata keçirilib, istifadə olunmasına baxmayaraq, istismara qəbulu təmin edilməyib, dəmir-beton siqnal dirəkləri quraşdırılmayıb. Yolun müəyyən hissələrində bərkidilmə işləri yerinə yetirilməyib. Quba Rayon İcra Hakimiyyəti üzrə vəsaitlərin uçotu və maliyyə hesabatlarının tərtibi zamanı qüvvədə olan “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” və “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə əməl olunmayıb, kapital qoyuluşuna yönəldilən vəsaitlərin isə ümumiyyətlə uçotu aparılmayıb.

Hesablama Palatasının Kollegiyası Quba Rayon İcra Hakimiyyəti tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırılmış nöqsanlar nəzərə alınmaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması barədə qərar qəbul edib. İcra edilməsi və  görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi  üçün qərarın surəti Quba Rayon İcra Hakimiyyətinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə göndərilib.  “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş məlumatlara görə, trassanın dəyişdirilməsi, tikinti işlərinin dağ şəraitində yerinə yetirilməsi, asfalt-beton işlərinin qış fəslində aparılması nəzərə alınaraq başa çatdırılmamış işlərin dəyəri müəssisədə avans kimi uçota alınıb.

Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.

Etikxeber.azquba-10 quba-11 hesablama hesab hes

Read Previous

Xanlar Vəliyevin iddiası : Qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb

Read Next

“Azərbaycanda 1032 cinayətkar qrup zərərsizləşdirilib” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir