Qubada “Sağlam Gənclik, Sağlam Gələcək!” adlı layihə çərçivəsində keçirilən-FUTBOL TURNİRİ – FOTOLAR

Quba rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyi, Quba rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə futbol turniri keçirilib.

Etikxeber.az-a daxil olan məlumata görə, Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” fərdi qrant müsabiqəsində qalib olmuş “Sağlam Gənclik, Sağlam Gələcək!” adlı layihə çərçivəsində keçirilən yarışın açılış mərasimində çıxış edən layihə rəhbəri Nurlan Əliyev bildirib ki, əsas məqsəd regionda yaşayan gənclərin idmama marağının artırılması, onlar arasında sağlam həyat tərzinin təbliğinə dəstək verməkdir.

Rəsmi hissə başa çatdıqdan sonra Quba şəhərində, eləcə də rayonun müxtəlif kəndlərində yaşayan gənclərdən ibarət komandaların iştirakı ilə turnirə start verilib.

Yekunda Alekseyevka kəndini təmsil edən komanda turnirin qalibi adını qazanıb. Bağbanlı kəndindən olan gənclərin birləşdiyi komanda ikinci, Şahdağ komandası isə üçüncü mükafata sahib olub.

Mükafatlandırma mərasimində qaliblər layihə çərçivəsində hazırlanmış kubok, medal, diplom və bukletlərlə təltif olunublar.

Qeyd edək ki, layihə çərçivəsində Qubada yaşayan gənclərin iştirakı ilə voleybol və stolüstü tennis yarışları da keçiriləcək.

Etikxeber.az

Read Previous

Türkiyədə zəlzələnin 7-ci günü: ÖLƏNLƏRİN SAYI 29 MİN 605 NƏFƏRƏ ÇATDI, 113 NƏFƏR BARƏDƏ İSƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ – YENİLƏNİB – (1)

Read Next

Evin-ailənin tək və subay oğlu-ŞƏHİD BƏXTİYAR ASLANOVUN ANIM GÜNÜDÜR, BU GÜN ONUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir