Qubalı, evin tək və subay oğlu, cəmi 18 yaşlı Miqdad Abduləlimov, Bərdəli, ailənin iki oğlan övladından biri, Qazi qardaşı Rəşad Nadirov-SABAH HƏR İKİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİNİN ANIM GÜNÜDÜR…

Sabah Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad Nadim oğlu Nadirovun Anım Günüdür.

Rəşad Nadirovun sabah-29 oktyabr 2024-cü il tarixində Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Etikxeber.az xəbər verir ki, Rəşad Nadirov 1999-cu ilin sentyabrın 20-də Bərdədə ziyalı ailəsində dünyaya gəlib.

Ailənin iki övladından, iki qardaşdan biri olub.

2005-2016-cı illərdə orta məktəbdə oxuyub, 2016-cı ildə Azərbaycan Universitetinə daxil olub.

2 il yarım oxuduqdan sonra, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanıb.

21 yaşının tamamından bir həftə sonra, 2020-ci ilin 27 sentyabrından isə İkinci Vətən Müharibəsində iştirak edib.

İkinci Vətən Müharibəsi zamanı qardaşı ilə birlikdə Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstəriblər.

Və 2020-ci ilin 21 oktyabr tarixində, Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Qardaşı Elşad Nadirov isə yaralanıb. 

Nəşi 8 gün sonra, oktyabrın 29-da Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğrunda”  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Rəşad həm də subay olub.

***

Sabah həm də Qubalı İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Miqdad Faiq oğlu Abduləlimovun Anım Günüdür.

Miqdad Abduləlimovun da Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Qeyd edək ki, Miqdad Abduəlimov 2002-ci ilin martında 23-də Qubada, Mirzəməmmədkənd kəndində Abduləlimovlar ailəsində dünyaya gəlib.

Ailənin üç övladından biri, iki bacının tək qardaşı olub.

Hər iki bacısı hazırda ailəlidir.

2019-cu ildə orta məktəbi bitirib və Bakıda İqtisad Kollecinə daxil olub.

2020-ci ilin mayın 4-də hərbi xidmətə yollanıb və Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak edib.

Və müharibənin elə ilk günlərində, Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Amma nəşi təxminən bir ay sonra, 29 oktyabr tarixində Quba Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Miqdad da subay olub.

Yaşadığı küçə hazırda Onun adını daşıyır.

Məkanları cənnətlik, məqamları Uca olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA

Read Next

Evin-ailənin tək və subay oğlu, 22 yaşının tamamından cəmi bir həftə sonra Şəhadətə ucalan-BƏRDƏLİ ELYAZ QARAYEVİN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL KEÇİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir