Qubanın dağ kəndlərində temperatur mənfi 17 dərəcəyə çatdı

Dekabrın 7-dən 8-nə keçən gecədən başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Gecə saatlarından başlayaraq bölgənin bütün yaşayış məntəqələrinə qar yağır.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən Etikxeber.az-a bildiriblər ki, qarın yağması ilə əlaqədar şimal bölgəsində temperatur mənfi 4-10 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız və Xınalıq kəndlərində qeydə alınıb – mənfi 15-17 dərəcə.

Ən çox yağıntı Qubanın Təngəaltı ərazisində olub. Burada qarın hündürlüyü 20 santimetrə çatır. Xınalıq, Qırız kimi ucqar dağ kəndlərində 15-16 santimetrədək qar var.

Qarın hündürlüyü Qusarda 20, Xızının Altıağac qəsəbəsində 14, Xaçmazda 2 santimetr təşkil edir.

Hazırda şimal rayonlarına qar yağmaqda davam edir.

Etikxeber.az

Read Previous

Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə yaşanıb

Read Next

Ölkə ərazisində bütün yollar avtomobillərin hərəkəti üçün açıqdır- Baş Dövlət Yol Polisi İdarəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir