Qubaya yenə qar yağdı

Şimal bölgəsinin dağlıq ərazilərinə qar yağıb.

Etikxeber.az-ın APA-nın şimal bürosuna istinadən verdiyi məlumata görə, ən çox qar rayonun Xınalıq kəndinə düşüb. Burda qarın hündürlüyü 18 sm çatıb. Temperatur isə mənfi 5.5 dərəcəyə enib.

Qonaqkənddə isə qarın hündürlüyü 11 sm-dir. Qubanın digər ağlıq ərazilərinə də qar yağıb. Həmin ərazilərdə qarın qalınlığı 1-5 sm-dir.

Qusarın Ləzə kəndində isə qarın hündürlüyü 5 sm-ə qədərdir.

Etikxeber.az

Read Previous

Dünya İdman və Mədəniyyət Forumunda Azərbaycan da təmsil olunacaq

Read Next

Faktiki hava şəraiti ilə bağlı açıqlama yayıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir