“Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyi Alxanlıda törədilmiş faciə ilə bağlı bəyanat yaydı

“Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyi Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyevanı və nənəsini vəhşicəsinə qətlə yetirməsi ilə bağlı bəyanat yayıb.

İctimai Birlikdən Etikxeber.az-a bildiriblər ki, bəyanat Avropa Şurasına, Avropa Şurası Parlament Assambleyasına, Avropa Komissiyasına və onun prezidentinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT PA-nın sədrinə, NATO-nun baş ofisinə və NATO Parlament Assambleyasına, həmçinin xarici ölkələrin millət vəkillərinə, diplomatik korpuslara, beynəlxalq təşkilatlara göndərilib.

Bəyanatda deyilir: “Ermənistan dövlətinin bu cür çirkin hərəkətləri bir çox beynəlxalq hüquqi aktları – Ermənistanın da 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”sını, “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair IV Cenevrə Konvensiyası”nı, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ı, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsi”ni kobud surətdə pozur.

Xalqımız bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi yolla həll olunmasına tərəfdar olmaqla yanaşı, dinc əhaliyə qarşı törədilən bu cür cinayətlərə son qoyulmasını təkidlə tələb edir. Bütün beynəlxalq təşkilatlardan baş verən bu vandalizmə, terrora münasibət bildirmələrini və Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırmalarını xahiş edirik”.

Etikxeber.az

Read Previous

Aybəniz Haşımovanın şagirdləri 2 yaşlı Zəhra üçün oxudular… – FOTO-VİDEO

Read Next

Sabirabadda yol tikintisinə 14,4 milyon manat ayrıldı- SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir