“Quduz köpək” “yırtıcı” ilə bacara biləcəkmi? – ABŞ-ın yeni müdafiə naziri… – FOTO

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri postuna “Quduz köpək” ləqəbi ilə tanınan dəniz piyadalı korpusunun istefada olan generalı Ceyms Mettisi təyin etmək niyyətində olduğunu bəyan edib.

Etikxeber.az-ın “CBS News”a istinadən verdiyi xəbərə görə, Tramp bu barədə tərəfdarları ilə seçkilərdən sonra keçirdiyi ilk görüşdə bildirib.

“Biz “Quduz köpək” Mettisi müdafiə naziri təyin etməyə hazırlaşırıq”, – deyə Tramp bildirib.

O, Mettisin dahi generallardan biri olduğunu bildirib.  Tramp Ceyms Mettisi  Pentaqon rəhbəri postuna təyin edəcəyini rəsmi olaraq dekabrın 5-də bəyan edəcək.

Qeyd edək ki, Ceyms Mettis Rusiya prezidenti Vladimir Putinin qızğın tənqidçisi kimi tanınır.

“Quduz köpək” dəfələrlə Rusiyanı “yırtıcı” dövlət adlandırıb.

quduz-kopak

Etikxeber.az

Read Previous

Nizami Süleymanov dünyasını dəyişdi

Read Next

Olland yenidən prezident olmaq istəmir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir