“Qulağından tutmağa komsomolumuz, quyruğundan yapışmağa pionerimiz olmasa da…” – SƏFİR

Onilliklər öncə, orta məktəbin ibtidai sinfində oxuyan zaman Mayakovskinin indi də unutmadığım belə bir şeirini (deyəsən Rəsul Rzanın tərcüməsində) hansısa məktəb tədbirində deklomasiya demək üçün əzbərləmişdim:

Gələcək heç zaman gəlməyəcəkdir,

Onu gətirəcək yalnız insanlar!

Komsomol, tut onun qulağından,

Pioner, tut onun quyruğundan!

O zaman mənə gülməli görünmüşdü.

Amma bir qədər ekstravaqant ifadə tərzinə baxmayaraq yüzdə yüz həqiqətdir – gələcək özü gəlmir, onu insanlar gətirir: yaxşısını da, pisini də!

Qulağından tutmağa komsomolumuz, quyruğundan yapışmağa pionerimiz olmasa da, gərək xalqımıza, insanımıza yaxşı gələcək gətirmək üçün yorulmadan çalışıb-vuruşaq!

Vilayət QULİYEV,

Sabiq nazir, Azərbaycanın Macarıstandakı səfiri

Etikxeber.az

Read Previous

Parlamentin növbəti komitə iclası keçiriləcək – 4 KOMİTƏNİN İCLASI İSƏ HƏLƏLİK KEÇİRİLMƏYİB

Read Next

Məmmədyarov ATƏT-in baş katibi ilə bir arada – BMT-DƏ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir