Quldurluq etməkdə şübhəli bilinən şəxs tutuldu

Quldurluq etməkdə şübhəli bilinən şəxs Şəmkir rayonunun Seyfəli kəndi ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, yanvarın 17-də saat 18 radələrində Gəncə şəhərində naməlum şəxs şəhər sakini Namiq Babayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin qisimində oturub Şəmkir rayonunun Seyfəli kəndinə gedəcəyini bildirib. Seyfəli kəndi ərazisində həmin şəxs N.Babayevə bıçaqla xəsarət yetirib 2 manat pulunu və mobil telefonunu alaraq hadisə yerini tərk edib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Seyfəli kəndi ərazisində saxlanılıb. Onu idarə edənin Kamal Kərimov olması müəyyən edilib.

K.Kərimov izahatında avtomobili həmkəndlisi Eşqin Murtuzovdan 500 manata almasını bildirib.

Faktla əlaqədar cinayət işi başlanılıb. RPŞ tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Etikxeber.az

 

Read Previous

Avtoqəzada xəsarət alan 5 nəfərdən biri öldü…

Read Next

Bakı məktəblisi erməni həmyaşıdına 10:0 hesabı ilə qalib gəldi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir