Quluzadə də gedir…

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə noyabrın 11-də saat 14:00-da Tərtər şəhərində Tərtər, Ağdam, Bərdə, Xocalı rayonlarının və Yevlax şəhərinin əhalisinə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən Etikxeber.az-a bildirilib ki, vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Tərtər rayonunda (02223) 61554, Yevlax şəhərində (02233) 64646, Ağdam rayonunda (02632) 50632, Bərdə rayonunda (02020) 51515, Xocalı rayonu üzrə (02235) 21698 nömrəli telefonlara zəng etmək mümkündür.

Etikxeber.az

Read Previous

Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı yaradıldı – SƏRƏNCAM

Read Next

Fərdi uçot sistemində əlavə olaraq 5500 nəfərə yaxın əcnəbi qeydiyyata alındı – Nazirlik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir