Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İyunun 6-da paytaxtdakı “Əjdərbəy”, Təzəpir və digər məscidlərdə Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb.
Etikxeber.az xəbər verir ki, mərasimdə din xadimləri və paytaxt sakinləri iştirak ediblər.
Bayram namazında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilir, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
Ölkənin digər, o cümlədən işğaldan azad olunmuş rayonların məscidlərində də bayram namazı qılınıb.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 6-7-də qeyd olunur.
Etikxeber.az