Qurbanlı Biləsuvarda vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Biləsuvar şəhərində Salyan, Neftçala, Cəbrayıl və Biləsuvar rayonlarının sakinlərini qəbul edəcək.

Dövlət Komitəsinin Mətbuat Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, qəbul Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Mübariz İbrahimov küçəsi, 216) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Etikxeber.az

Read Previous

Taekvandoçumuz Qran-pri turnirinə qələbə ilə başladı – FOTO – YENİLƏNİB

Read Next

Musa Qasımlı beynəlxalq simpoziumda nədən danışdı? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir