Qurbanlı Şimal bölgəsinə niyə gedir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 28-də Xaçmaz şəhərində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul Xaçmaz rayon Tarix-Diyarşünaslıq muzeyində saat 11:00-da keçiriləcək.

Bu barədə Etikxeber.az-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Etikxeber.az

Read Previous

İlham Əliyev və Mehriban Əliyeva idman-əyləncə park kompleksinin açılışında – FOTOLAR – YENİLƏNİB

Read Next

Əsas məsələ, əsas çətinklik sənədin maliyyə tutumlu olmasıdır… – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir