Qusarda sərnişin avtobusu minik avtomobili ilə toqquşdu – yaralananlar var – FOTO

Dekabrın 14-də səhər saatlarında Qusar rayonunda “Hyundai” markalı sərnişin avtobusu ilə “Toyota” markalı avtomobil toqquşub.

Etikxeber.az xəbər verir ki, hadisə rayonun Yuxarı Ləyər kəndi ərazisində, sərnişin avtobusu Şahdağ Turizm Mərkəzinin əməkdaşlarını işə aparan zaman baş verib.

Qəza nəticəsində “Toyota”nın sürücüsü Mühəndis Qiyasov və avtobusda olan sərnişinlər müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Qusar rayonundakı tibb müəssisələrinə çatdırılıblar.

Turizm mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayeva  bildirib ki, əksər işçilərin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Qəza zamanı sınıq xəsarətləri alan sürücü Mühəndis Qiyasov və iki sərnişin isə stasinor qaydada müalicə alır.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Aripov Özbəkistanın yeni baş naziri seçildi

Read Next

Qaxa qar yağır – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir