“Qütbləşmə var, ancaq…” – POLİTOLOQ

“Türkiyənin 80 milyon əhalisi var. “Evet”lə “hayır” arasındakı fərqi isə cəmi 1 milyondan bir az çoxdur. Bu onu göstərir ki, referendum qardaş ölkənin qütbləşdiyini göstərir, çünki nəticələr faktiki yarı-yarıyadır, prezident üsul-idarəsinin tətbiqinə üstünlük verənlərin üstünlüyü cüzidir. Böyük şəhərlər, ümumiyyətlə, prezident üsul-idarəsinin əleyhinə çıxıb. Ərdoğanı həmişəki kimi bölgələr xilas etdi”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki,  referendumun nəticəsi hakim Ədalət və İnkişaf Partiyası və Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan üçün sürpriz oldu. Ərdoğan daha böyük uğura ümidli idi. Məsələn, hakim partiya 55 ilə 60 faiz arasındakı nəticəyə ümidli idi. Çünki birincisi, administrativ resurs “evet”e işləyir, Milliyətçi Hərəkat Partiyası onu dəstəkləyir, üstəgəl meydanları yüzminlərlə insan doldururdu. Bunun qarşılığında “hayır” cəbhəsi yalnız Cumhuriyyət Xalq Partiysının lideri Kamal Kılıçdaroğlunun ətrafında toplanmışdı:

“O, böyük “evet” cəbhəsinə qarşı meydanlarda təkbaşına mübarizə aparırdı, mitinqlərinə də çox adam toplaya bilmirdi, daha çox qapalı zallarda çıxışlara üstünlük verirdi. Buna rəğmən, Kamal Kılıçdaroğlunu təbrik etmək lazımdır, başından hündürə tullana bildi. Sadəcə, qarşı tərəfin arqumentləri də zəif deyildi, “koalsiyon hökumətlər Türkiyəni uçuruma apardı, inkişadan geri qaldıq, banklar xortumlandı” – bu hakim partiyanın əsas şüarı idi.

Yəni açıq dilə gətirməsələr də, parlamentarizmin ölkənin inkişafını əngəllədiyini, çevik qərarlar vermək mümkün olmadığını söyləmək istəyirdilər. Ancaq Kılıçdaoğlununun da tezisi zəif deyildi: “bütün səlahiyyətlər bir nəfərin əlində çəmləşir, birdən həmin bir nəfər səhv qərar verərsə, bunun yükünü dövlət və xalq daşıyacaq”.

Buna baxmayaraq, cüzi də olsa qələbə Ərdoğanındır. Hakimiyyət Kılıçdaroğlunun dediyi kimi bir nəfərin əlində çəmləşir. Doğrudur, qütbləşmə var, ancaq bir neçə aydan sonra kimsə bu nəticələri müzakirə etməyəcək. Hamının yadında o qalacaq ki, Ərdoğan qələbə çaldı və Cumhurbaşqanının səlahiyyətləri artdı. Bu gün heç kim Cumhurbaşqanlığı sisteminin uğurlu və ya uğursuz olacağını proqnozlaşdıra bilməz. Bu sistemin necə işləyəcəyini, Türkiyəni irəliyə və ya geriyə aparacağını yaxın illər göstərəcək.

Bizə gəldikdə qardaş ölkə üçün hayırlı-uğurlu demək qalır. Bu, bizim referendumumuz deyildi. Şəxsən mən parlamentarizmə üstünlük verirəm. Ancaq çoxluğun qərarına da hörmətlə yanaşmaq lazımdır. Türkiyə bundan sonra da Azərbaycanın strateji müttəfiqi olaraq qalacaq. Bizim üçün əsas budur”.

Etikxeber.az

Read Previous

51, 39 faiz “Evet”, 48,61 faiz (İstanbul, İzmir, Ankara) “Hayır” dedi – HƏLƏLİK… AKP razı qalmadı- YENİLƏNİB (5) – FOTO

Read Next

Referendum Türkiyənin beynəlxalq müstəvidə rolunu daha da gücləndirəcək – ƏLİYEVDƏN ƏRDOĞANA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir