“Rəqabət, Büdcə və Bank məcəllələri qəbul edilsin”-KOMİTƏ SƏDRİNİN MÜAVİNİNDƏN TƏKLİF

Azərbaycanın 2022-2026-cı dövrdə sosial-iqtisadi inkişafına dair strategiya ilə bağlı sənəd qəbul olunacaq.

Etikxeber.az xəbər verir ki, bunu bu gün Milli Məclisin (MM) yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib.

Ə. Məsimli Rəqabət, Büdcə və Bank məcəllələrinin qəbulunu təklif edib.

“Bir il ərzində həmin sənədləri qəbul etsək, qarşıdakı illərdə neftdən asılılığın azaldılması, dayanıqlı inkişafın təmin edilməsi üçün dayanıqlı qanunvericilik bazasının formalaşdırılmasını təmin edəcək. Yeni dövr bir aydan sonra neftin qiymətinin necə olacağını proqnozlaşdırmağa imkan vermir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi də yeni bir sənəd hazırlayıb və bu sənəd də parlamentin müvafiq qurumları ilə müzakirə olunacaq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Vaşinqton və Brüssel müharibəni kənardan seyr edəcəklər…”-POLİTOLOQ

Read Next

MM-in yaz-hesabatlar sessiyası: SPİKER “SÜLH SAZİŞİ”NDƏN DANIŞDI, FAZİL MUSTAFA MÜXALİFƏTLƏ BAĞLI QANUNUN QƏBULUNU, SİYAVUŞ NOVRUZOV QƏBİRİSTANLIQLARIN BƏLƏDİYYƏLƏRƏ VERİLMƏSİNİ TƏKLİF ETDİ – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir