“Rəqiblər hər zaman bizə fərqli yanaşırlar, bundan sonra da ciddi yanaşacaqlar…”-QURBAN QURBANOV

Bu cür qələbələr futbolumuz üçün önəmlidir.

Etikxeber.az xəbər verir ki, bunu “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” üzərində qazanılan 3:2 hesablı tarixə qələbəyə görə xoşbəxt olduğunu bildirib:

“Futbolçularımla qürur duyuram. Bu zəfər oyunçulara stimul verəcək”.

Mütəxəssis matçla bağlı da danışıb:

“İlk dəqiqələrdə bir az gərginlik var idi. Lakin bunu adlaya bildik. Fasilədə uşaqlara dedim ki, ruhdan düşmək lazım deyil. Rəqiblər hər zaman bizə fərqli yanaşırlar. Bundan sonra da ciddi yanaşacaqlar”.

Baş məşqçi növbəti matçlar barədə indidən danışmağın tez olduğunu söyləyib:

“Ötən mövsüm Avropa Liqasındakı oyunlarımıza baxsaq, daha çox xal qazana bilərdik. Mən hər zaman futbolçularıma deyirdim ki, istənilən nəticəni əldə etmək olar. Bunun üçün inamlı olmaq lazımdır. Çalışacağıq ki, qarşıdakı matçlarda da uğurlu nəticələr əldə edək”.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

Etikxeber.az

Read Previous

“Qisas” əməliyyatı və “Əfsanəvi tabor”un sonuncu Şəhidi, Əfsanəvi Xüsusi Təyinatlı Yusif Qurbanov-SABAH ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN ÜÇ İL KEÇİR…

Read Next

Antiterror əməliyyatının iki ili tamam olur-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir