“Rəqqada İŞİD-lə mübarizə üçün əlimizdən gələni edəcəyik” – ƏRDOĞAN

“Türkiyə  Suriyada İŞİD-lə mübarizəni davam etdirəcək və Rəqqanın azad edilməsi əməliyyatında iştirak etməyə hazırdır”.

Etikxeber.az-ın APA-ya istnadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bursada çıxışı zamanı deyib.

“Bizə deyirlər Əl-Baba getməyin (İŞİD-in Suriyanın şimalında zəbt etdiyi şəhər-red.). Lakin biz gedəcəyik, biz məcburuq. Çünki biz orada təhlükəsizlik zonası yaratmalıyıq” – deyə, prezident qeyd edib.

Ərdoğan qeyd edib ki, Türkiyə beynəlxalq koalisiya ilə birlikdə terrorçularla mübarizəni davam etdirməyə hazırdır:

“Əgər koalisiya bizimlə əməkdaşlıq etmək istəyirsə, biz Rəqqada İŞİD-lə mübarizə üçün əlimizdən gələni edəcəyik.  Lakin biz PYD və YPG terrorçuları ilə birgə çalışmayacağıq. Biz Amerika, koalisiya qüvvələri ilə əməkdaşlıq edəcəyik”. 

Etikxeber.az

Read Previous

77 deputatın heç birində narkotik maddə aşkarlanmayıb

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir