“Rəşadət” ordeni təsis edildi və…

Ölkədə  nəqliyyat vasitələrinin saxlanılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik edilir, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirakla bağlı və banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının təmirə aparmaqla bağlı icazə məhdudiyyəti ləğv edilir.

Etikxeber.az xəbər verir ki,  parlamentin  noyabrın 17-də keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsinə (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə), 345-ci maddəsinə (2-ci bənd – banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə 250 manat cərimə cəzası təyin olunma) dəyişiklik müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişiklikdə bildirilir ki, təcrübəyə əsasən, 345-ci maddədə ləğv edilməsi təklif edilən 2-ci bənd tətbiq olunmur. Bu bəndin tətbiqinə ehtiyac olmadığından çıxarılması təklif edilir. Qeyd olunur ki, son dövrlər Daxili İşlər Nazirliyinin maddi texniki bazasının və elektron informasiya sistemlərinin, ehtiyyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkarlanmasına imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.

Layihə səsə qoyularaq qəbul edilib.

İclasda  həmçinin, Azərbaycan silahlı qüvvələri üçün yeni “Rəşadət” ordeni təsis edilməsi ilə bağlı layihə müzakirə olunub.

Qeyd edək ki, ordenin təsdiq olunması ilə bağlı layihə prezident İlham Əliyev tərəfindən MM-ə təqdim olunub.

Layihəyə görə, “Rəşadət” ordeni Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara aşağıdakı xidmətlərinə görə təqdim olunacaq:

– Əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə görə;

– Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;

– Fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə görə;

– Dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə və s.

Layihədə bildirilir ki, “Rəşadət” ordeninin 3 dərəcəsi var. 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcədir.

Adıçəkilən layihə  də səsə qoyularaq qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“525”-in 25 yaşı tamam oldu, BDU-da təqdimat mərasimi keçirildi – FOTOLAR

Read Next

“Pulu verən sizsiz, ona görə də…” – SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir