“Rəşadət” ordenli, iki övladı Vətənə əmanət qalan, nəşi 4 ay 2 gündən sonra Əbədiyyətə uğurlanan-BU GÜN ANIM GÜNÜ OLAN RAMİL BABAYEV… – FOTOLAR – YENİLƏNİB

Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Baş leytenant Ramil Taqət oğlu Babayevin Anım Günüdür.

Ramil Babayevin bu gün-31 yanvar 2025-ci il tarixində Əbədiyyətə uğurlanmasından dörd il ötür.

Anım Günü ilə bağlı bu gün Şəhidin Kürdəmir Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra isə Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Etikxeber.az-ın xəbərinə görə, 1991-ci ilin dekabr ayının 12-də dünyaya gələn Ramil Babayev evin-ailənin dörd övladından biri olub.

Ailədə 2 qardaş, 2 bacı olublar.

O, 15 yaşında, 9-cu sinfi bitirdikdən sonra həyatını hərblə bağlayıb.

Əvvəlçə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib, sonra Hərbi Akademiyaya (Heydər Əliyev adına Ali Hərbi Məktəbə) daxil olub və oranı başa vurub.

2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı olub.

Baş leytenant (Kapitan) hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsi başlayan zaman isə Murovdağ istiqamətində döyüşlərdə olub və müharibənin 3-cü günündə, sentyabrın 29-da Şəhadətinə qovuşub.

Ancaq nəşini düz 4 ay iki gündən sonra əldə etmək mümkün olub.

2021-ci ilin yanvarın 31-də Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medalla-“İgidliyə görə”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə ilə təltif olunub.

Ramil Babayev həm də ailəli, iki övlad-bir qız və bir oğlan atası olub.

Ad və soyadını daşıyan oğlu-balaca Ramil Babazadə Şəhidin dəfnindən 14 gün öncə dünyaya gəlib.

Həmçinin, İkinci Vətən Müharibəsində Ramil Babayevin iki tələbə, iki otaq yoldaşı və iki dostu – Şabranlı Tərlan, İmişlili Cavid də Şəhid olub, Şəhidlik məqamına ucalıblar.

Adını daşıyan küçə var.

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

15:20

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Dahi öndər Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından-141 İL ÖTÜR

Read Next

Güloğlular kənd orta məktəbində-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, TƏK OĞUL FƏXRİ QƏRİBZADƏNİN XATİRƏSİ HƏSR OLUNMUŞ TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir