Şəhid pilotumuz dəfn olundu, ATASI İSƏ “OĞLUMLA QÜRUR DUYURAM”- DEDİ – FOTOLAR – YENİLƏNİB – (5)

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.

Etikxeber.az xəbər verir ki, pilotla vida mərasimi Yeni Yasamaldakı evinin həyətində keçirilir.

Saat 10.00-da isə  Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçiriləcək.

Pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

***

“Şəhid pilotumuz, Rəşad Atakişiyev bu gün dəfn olunacaq. Gənc yaşında belə böyük mütəxəssisin, yüksək rütbəli zabitin yetişməsi istedadın, intellektin, illərlə çəkilən zəhmətin nəticəsi idi. İtirdik. Azərbaycan itirdi. Rəşad Atakişiyevin itkisi yalnız onun ailəsinə, yaxınlarına aid olan bir məsələ deyil”.

Bunu isə “Müsavat”ın başqanı Arif Hacılı deyib.

“Dəfn mərasimində iştirak edənlər də, etməyənlər də bu kədərə şərikdir. Bu hadisədən də siyasi məqsəd güdənlərin davranışı bizim şəhidimizə münasibətimizi dəyişməz. Dəfndə iştirak etmərik, sonra məzarı başında anarıq. Əsas odur ki, unutmarıq. Ruhun şad olsun vətən oğlu. Rahat uyu. Allah rəhmət eləsin”-deyə, o, sonra qeyd edib.

Xatırladaq ki, Şəhid pilotumuzun qayınatası-professor Qabil Hüseynli uzun illər “Müsavat” başqanının müavini olub və bir neçə il öncə vəzifəsindən və partiya sıralarından istefa verib.

***

Q. Hüseynli  də öz növbəsində mətbuata açıqlamasında bildirib ki, ötən gün səsləndirdiyi fikirlər yanlış anlaşılıb:

“Bugünkü tədbir dövlət tədbiri olduğu üçün bildirdim ki, buradan siyasi məqsədlər üçün istifadə olunmasın. Sabah isə Heydər Məscidində saat 12-də 3 və 7 mərasimi keçiriləcək. Orada hər kəs iştirak edə bilər”. 

***

Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilir.

***

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Fövqəladə Hallar Nazirliyinin məsul zabitləri, Türkiyə Respublikası hərbi attaşelik aparatının əməkdaşları və ictimaiyyət nümayəndələri, mərhumun xidmət yoldaşları pilotun valideynlərinə və yaxınlarına başsağlığı veriblər.

***

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.

Dəfndə mərhumun yaxınları, ailə üzvləri, Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

Vida mərasimindən sonra R.Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.

pilot

pilot-1

***

Mən Rəşad kimi oğulla fəxr edirəm.

Bunu isə hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimində mərhumun atası Saləddin Atakişiyev dilə gətirib.

O, təyyarənin qəzaya uğraması nəticəsində həlak olan oğlunun nəşinin axtarışlarının təxrəsalınmaz tədbirlərlə aparıldığına və dəfnin əsgəri ənənələrə uyğun yüksək səviyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib:

“Qürur duyuram ki, bu gün onun cənazəsi üzərinə üçrəngli Azərbaycan bayrağı sərilib. Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Nə etməli ki, bu ona qismət olmadı. Mən bu gün sizin qarşınızda bir daha söz verirəm ki, iki oğlumla birlikdə Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazıram. Vətən sağ olsun!, Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasının play-off mərhələsinə start verildi – NƏTİCƏLƏR

Read Next

“Neftçi”nin rəqibi Avropa Liqasında iştiraka görə 260 min avro qazandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir