Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edildi – DİN

Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib

Daxili İşlər Nazirliyindən Etikxeber.az-a daxil olan məlumatda bildirilir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi – “Aslanlar” tərəfindən məhv edilib.

Məlumatda bildirilir ki, R.Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbsdə olub, həbs müddəti bitdikdən sonra isə Rusiya Federasiyasına gedib.

Etikxeber.az

Read Previous

Radikal dini qrupların və radikal müxalifətin 18 fəalı saxlanıldı – RƏSMİ

Read Next

Fransa ikinci dəfə dünya çempionu oldu – FRANSA- XORVATİYA -4:2 – FOTO- YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir