Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Oktyabrın 4-də dünya şöhrətli müğənni, Xalq Artisti Rəşid Behbudovun Bakıda heykəlinin açılış mərasimi oldu.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etdilər.
***
Dövlət başçısı İlham Əliyevə məlumat verildi ki, dünya şöhrətli müğənninin adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.
Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və məşhur müğənninin ailə üzvləri ilə birlikdə heykəlin üzərindəki örtüyü götürdü.
Dövlətimizin başçısı abidənin önünə gül qoydu.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, Xalq artistləri Mübariz Tağıyev, Xuraman və Fidan Qasımova bacıları, müğənninin ailə üzvü Kamil Şahverdiyev çıxış etdilər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və tədbirin iştirakçıları abidənin önünə gül dəstələri qoydular.
Dövlətimizin başçısı Rəşid Behbudovun ailə üzvləri, mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə görüşdü.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dünya şöhrətli müğənninin ailə üzvləri və mərasimə gələn qonaqlarla xatirə şəkli çəkdirdilər.
Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və mərasim iştirakçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının estrada-simfonik orkestrinin müşayiəti ilə Əməkdar Artist Xəyyam Mustafazadə və müğənni Fəxri Kazım Nicatın ifasında dünya şöhrətli müğənnilər Rəşid Behbudovun və Müslüm Maqomayevin repertuarlarından mahnılar dinlədilər.
Etikxeber.az