“Rəsmi Fələstin qurumları maaşlarını İsraildən alırlar…” – NATİQ CƏFƏRLİ YAZIR

1995-ci ildə ABŞ Konqresi Qüdsü İsrailin paytaxtı kimi tanımışdı, səfirliyin ora köçürülməli ilə bağlı qərar vermişdi.

Amma bütün prezidentlər hər il bunun ertələnməsi ilə bağlı qərar verirdilər, bu dəfə ABŞ-ın üz qarası Tramp qərarı təsdiqlədi, səfirliyin köçürülməsi qərarını imzaladı.

Tək müsəlman ölkələri deyil, həm də BMT, Avropa Birliyi, Britaniya, Fransa, Almaniya və digər Qərb dövlətləri və institutları bu qərarı qınadılar, sülhə təhdid adlandırdılar.

Dünyada hüququn gücündən çox, güclünün hüququ işləyir, bu faktdır, amma gücün mənbəyi silah-sursatdan çox elm və iqtisadiyyat olub – bunu müsəlman dünyası tam anlamır.

quds-1

Ərəb dövlətləri elə həmin Qərb dövlətlərindən yüz milyard dollarlarla silah alırlar, amma o silahı da elə qonşu müsəlman dövlətlərinə qarşı işlədirlər, elm, iqtisadiyyat yaddan çıxır. 

Qüdsü də, Fələstini də uzun illərdir İsrail dövləti saxlayır, pul ayırır, günü bu gün də rəsmi Fələstin qurumları maaşlarını İsraildən alırlar, kommunal güzəştləri İsrail verir, işləməyə hər səhər İsrailə gəlirlər.

Fələstinə dəstək müsəlman ölkələri liderlərinin pafoslu çıxışlarından deyil də, o torpaqlarda müsəlmanlar üçün güclü təhsil sistemi və iqtisadi institutların yaradılmasından keçir. 

Qüds hər 3 səmavi dinin ortaq dəyəridir, birləşmə nöqtəsidir. 

Yeri gəlmişkən, Qüdsdə xristianların ən müqəddəs məkanı – Müqəddəs Məzar Məbədi (İsa peyğəmbərin çarmıxa, sonra qeybə çəkildiyi məkan) yerləşir.

Amma bu məbədin açarı yüzillərdir ki, bir müsəlman ailəsindədir – hər səhər o ailədən bir nəfər məbədin qapılarını açır, axşam isə bağlayır.

Çox simvolik və ibrətamiz hekayədir.

Natiq CƏFƏRLİ

Etikxeber.az

Read Previous

İlham Əliyev Qubadadır

Read Next

Azərbaycan vətəndaşlarının neçə faizi hökumətə etibar edir? – SORĞU VƏ RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir