Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiya uzun müddət həbsdə saxladığı ukraynalıları Kiyevə təhvil vermək istəmirdi, bir qismini terrorda, digərlərini sərhəd pozuculuğunda ittiham edirdi. Ukrayna bunun qarşılığında həbs etdiyi Rusiya vətəndaşlarının sayını artırırdı. Onlara qarşı da oxşar ittihamlar irəli sürülmüşdü. Kiyevin bu strategiyası özünü doğrultdu. Bu gün iki ölkə girovları “hamının hamıya” prinsipi ilə dəyişdi.
Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, qeyd edib ki, Kiyevin strategiyasından biz də yararlanmalıyıq.
“Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımızın bizə qaytarılması üçün qarşı tərəfin daha çox hərbçisini və kəşfiyyatçısını ələ keçirməli və İrəvana mübadilə təklifi etməliyik. Əgər əlimizdə daha çox erməni hərbçisi olsa, qarşı tərəf mübadiləyə razı qalmaq məcburiyyətində qalacaq…”-deyə, politoloq sözlərinə əlavə edib.
Etikxeber.az





