Rəsmi Paris “Dağlıq Qarabağ respublikası”nı tanımır – SƏFİRLİK

Fransanın Azərbaycandakı səfiri Dağlıq Qarabağ münaqişəsi qurbanlarına və onların ailələrinə, eləcə də çoxsaylı məcburi köçkünlərə bir daha səmimi hisslərini ifadə edir.

Fransız şəhərlərinin merlərinin Dağlıq Qarabağa səfərlərinə gəldikdə, Fransanın mövqeyi aydındır və birmənalıdır. Fransanın Xarici İşlər Nazirliyi oktyabrın 26-da bunu bir daha xatırladıb ki, Fransa “Dağlıq Qarabağ respublikası”nı tanımır və yerli hakimiyyət orqanları tərəfindən imzalanmış sazişlərin yerinə yetirilməsində məsuliyyət fransız hökumətinin üzərinə düşmür və bu sazişlər heç bir hüquqi dəyərə malik deyil.

fransa sefirliyi

Etikxeber.az xəbər verir ki, bu fikirlər Fransanın Azərbaycandakı səfirliyinin açıqlamasında yer alıb.

Açıqlamada bildirilir ki, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini qərəzsiz şəkildə aparacaq.

Etikxeber.az

Read Previous

6 hakim barədə intizam icraatları başlanılıb – RƏSMİ

Read Next

Türkiyədə “Bir millət, iki dövlət” adlı sənət gecəsi… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir