Rəsmi Tehran törədilən terror hücumlarında Səudiyyə Ərəbistanını günahlandırdı

İran İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) bu gün Tehranda törədilən terror hücumlarında Səudiyyə Ərəbistanını günahlandırıb.
Etikxeber.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə SEPAH-ın general-mayoru Hüseyn Selami “Mehr” agentliyinə müsahibəsində deyib.
O bildirib ki, İran terrorçulardan və onların dəstəkçilərindən intiqamını alacaq.
Bu gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Terror hadisələri nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.
Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Etikxeber.az

Read Previous

XİN: “İranda törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq”

Read Next

Böyük Britaniya vətəndaşları yeni hökuməti formalaşdıracaq siyasi qüvvəni seçəcək – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir