Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) növbənkənar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Etikxeber.az xəbər verir ki, qanun layihəsi barədə MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
O, bildirib ki, sənədə əsasən Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında “diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2018-ci il aprelin 4-də Bakı şəhərində imzalanmış Sazişin təsdiqi nəzərdə tutulur.
Sənəd müzakirələr açılmadan ratifikasiya olunub.
***
Deputatdan “kor” sözünə etiraz…
Sonra S. Seyidov “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” sənəd barədə məlumat verib.
Sənəddə qeyd olunur ki, “Azərbaycan Respublikası 2013-cü il 27 iyun tarixli “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə müvafiq bəyanatlarla (bəyanatların mətni əlavə olunur) qoşulsun”.
Millət vəkili Musa Quliyev sənəddə “kor” ifadəsinin səslənməsinə etirazını bildirib.
O, xatırladıb ki, Azərbaycan əlillərin hüquqları ilə bağlı həm beynəlxalq konvensiyanı ratifiaksiya edib, həm də əlillərin hüquqlarının qorunması ilə bağlı ayrıca qanun qəbul edib.
“Həmin sənədlərdə də “kor” ifadəsinin işlədilməsi qadağan edilir. Yəni, bu əlillərin hüquqlarına zidd bir ifadədir. Ona görə də bu ifadə dəyişilməli və “görmə qabiliyyətini itirmiş şəxslər” ifadəsi kimi ehtiva edilməlidir”-deyə, M. Quliyev sözlərinə əlavə edib.
MM-in Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov da sənədinin dilinin səlis, təmiz olmasının vacibliyini bildirib və əlavə edib ki, ifadələr elə seçilməlidir ki, gələcəkdə aşağılanmış vəziyyətə düşməyək.
Müzakirələrdən sonra adıçəkilən sənəd də təsdiq edilib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az