Rəcəblinin qanunu bəyənildi – FOTOLAR

Milli Məclisin (MM) Əmək və sosial  siyasət  komitəsinin sədri Hadi Rəcəbli Avropa Birliyinin TVİNNİNQ layihəsi çərçivəsində Azərbaycana  ezam olunmuş  avstriyalı ekspertlər  Herbert  Paulişin, Olqa Zeçner və Azərbaycana Birgə Yardım  Təşkilatının (UAFA) direktoru  Qven  Börçellə görüşüb.

Etikxeber.az-ın məlumatına görə, komitə  sədri  bildirib ki, görüşün məqsədi qonaqların “Sosial xidmət haqqında” qanunun mahiyyəti ilə əlaqədar bəzi  məsləhətləşmələr  aparmaq  istəyidir.   Qeyd  olunub ki, Azərbaycan 2004-cü ildən Avropa Sosial Xartiyasını ratifikasiya edib. Sosial  xidmətlər  almaq hüququ  Xartiyada əksini tapmış əsas  prinsiplərdən biridir. H.  Rəcəbli bu  sahədə Azərbaycanda  görülən işlərdən  danışıb. Qeyd  olunub ki, dünya  təcrübəsində  sosial xidmətlə  təkcə  dövlət  qurumları  deyil,  QHT-lərin, bələdiyyə  qurumlarının  da  məşğul olması  uğurla  tətbiq  olunur:

“Bu,  Azərbaycan  parlamentinin qəbul  etdiyi  “Sosial  xidmət haqqında” qanunun da əsas  yeniliyidir. Sənəddə  xidmətlərin böyük bir  qisminin  dövlət sifarişi  əsasında  tenderlərdə  qalib  gəlmiş  QNT-lərə verilməsi  təsbit  olunur”. 

 Özəl  sosial xidmətin  bu  sahədə  əsas  məqam  olduğunu  vurğulayan komitə sədri bununla  əlaqədar görüləcək  işlərdən söhbət  açıb.

MM  Aparatının Sosial  qanunvericilik şöbəsinin Əmək  qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev   qanunda əksini tapan  sosial işçi, sosial xidmətçi, onların hüquq  və  vəzifələri,  evdə  stasionar, yarımstasionar,  sosial  məsləhət  yardımı, sağalması mümkün olmayan xəstələrə  xidmət  və s.  sosial  xidmət  elementləri  barədə qonaqlara məlumat verib.
Avropa  Birliyinin TVİNNİNQ layihəsi  çərçivəsində Azərbaycana  ezam olunmuş avstriyalı ekspertlər  Herbert  Paulişin və Olqa Zeçner  ölkəmizdə bu sahədə  görülən işləri yüksək  dəyərləndiriblər. “Sosial xidmət  haqqında”  qanunu olduqca  təkmil,  bu  sahəni  tam əhatə edən sənəd  kimi qiymətləndirən qonaqlar  bəzi  bölgələrdə –  Gəncədə, Xaçmazda, Lənkəranda layihənin uğurlu  tətbiqindən  söz  açıblar. Özəl  sosial  xidmətlə  bağlı  görüləcək işlərin zəruriliyini  vurğulayıblar.

Azərbaycana Birgə Yardım  Təşkilatının direktoru  Qven  Börçell   peşəkar  kadrların çatışmazlığını  bu  sahədəki əsas  problem kimi  dəyərləndirib. Azərbaycan  ali  və orta  ixtisas təhsili  müəssisələrinin bu məsələyə diqqəti artırmasının, professional həkim, psixoloq, ekspert, sosial işçi  hazırlığının  vacibliyini diqqətə  çatdırıb.

Görüşdə  bu sahədə maraq  doğuran bir  sıra  məsələlər barədə  geniş  fikir  mübadiləsi aparılıb.

hadi-ai

Etikxeber.az

Read Previous

“Ölkəmiz ən müxtəlif məsələlərdə dünyanın ən ideal dialoq mərkəzinə çevrilib” – İBRAHİMOV

Read Next

Bu görüş bizə işğalçıya təzyiqi artırmaq üçün münbit şərait yaradır – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir