“Rəhimə sillə vurdu, sonra sözçüsü oldu…” – ARİF HACILI DA LEYLA YUNUSA “ATƏŞ” AÇDI

Müxtəlif səbəblərdən Leyla Yunusa müsbət münasibətim olub.

Ona hücum edənlərin argumenti mənasız, onun siyasi duyumu opponentlərininkindən daha üstün idi.

Toplantıların birində Rəhim Qaziyevə şillə vurmuşdu və s.

Amma sonra hansısa sehirli çubuğun işarəsi ilə Rəhim Qaziyevin sözçüsü, Əlikram Hümbətovun partiyadaşı, bütün antiazərbaycan, antitürk qüvvələrin yandaşı oldu. 

Xatırladığım son siyasi fəallığı da Rüstəm İbragimbekovun vahid namizədliyinin nümayişkaranə müdafiəsi ilə bağlı olub. 

… Hər şeyə rəğmən haqsızlıqla üzləşdiyi üçün onun məhkəmə proseslərində iştirak etdim. 

Mümkün qədər müdafiəsini təşkil etdik. 

arrr

(Məhkəmə monitorinqlərinə görə külli miqdarda qrant almasına baxmayaraq mənim və digər siyasi məhbusların aylarla davam edən məhkəmələrində iştirak etməyi lazım bilməmişdi)

… Həbsdən çıxıb bizə “Doktor Jivago” nu oxumağı məsləhət gördü…

İndi Elçibəyə, Xalq Hərəkatına nifrət yağdırır. 

Sanki, velosiped kimidir, dayansa yıxılacaq. 

Bəlkə də dayanar, belə görünür ki, iradəsindən asılı deyil.

Arif HACILI,

“Müsavat”ın başqanı

Etikxeber.az

Read Previous

Elçibəyə görə Cəmil Həsənli Leyla Yunusla qarşı-qarşıya gəldi: “HEÇ BİRİ GERÇƏK DEYİL”

Read Next

Şirvanda toy məclisində kütləvi zəhərlənmə – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir