Rəhim Həsənov “Spartak Trnava” – “Radnik Bijeljina” qarşılaşmasını idarə edəcək

FİFA referisi Rəhim Həsənov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyununa təyinat alıb.

AFFA-dan Etikxeber.az-a bildiriblər ki, o, birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də keçiriləcək “Spartak Trnava” (Slovakiya) – “Radnik Bijeljina” (Bosniya və Herseqovina) qarşılaşmasını idarə edəcək.

R.Həsənovun köməkçiləri Namiq Hüseynov Mübariz Haşımov olacaq.

Matçda dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Etikxeber.az

Read Previous

Şəmkirli deputat prezidentin sərəncamı haqda: “YÜKSƏK QİYMƏTDİR”

Read Next

Rafal Poborski Polşanı Azərbaycanda təmsil edəcək – TƏYİNAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir