Rəşid Behbudov və Müslim Maqomayevə həsr olunmuş qala-konsert keçiriləcək

Dekabrın 17-də Bişkekdəki Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında SSRİ Xalq Artistləri Rəşid Behbudovun anadan olmasının 100 illiyinə və Müslim Maqomayevin yaradıcılığına həsr olunmuş “Göy əbədiyyət” adlı qala-konsert keçiriləcək.

Etikxeber.az xəbər verir ki, konsertdə istedadlı gənc qırğız vokalçılarını teatrın xoru və simfonik orkestri müşayiət edəcək.

Qırğızıstanın hökumət və dövlət rəsmilərinin, eləcə də parlament üzvlərinin iştirak edəcəyi tədbir ölkənin İctimai Televiziya (KTRK) kanalı ilə canlı yayımlanacaq.

Etikxeber.az

Read Previous

“Leyli və Məcnun” operası növbəti dəfə nümayiş olunacaq

Read Next

Azərbaycanın rəqibləri İrlandiya, Ukrayna və Bolqarıstan yığmaları oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir