“Rəsmi Azərbaycan dövlətimizdən üzr istənilməsi tələbi ilə Fransaya müraciət etməlidir”-LİBERAL PARTİYASI BƏYANAT YAYDI

Fransa prezidentliyinə namizəd xanım Valeri Pekres bugünlərdə Azərbaycan rəhbərliyinin xəbəri və icazəsi olmadan, dövlətimizin xalqımızın əzəli torpağı, BMT tərəfindən ölkəmizin ayrılmaz hissəsi kimi tanınmış, sülhmərmalıların nəzarət etdikləri Xankəndinə qanunsuz və gizlin gəlmiş, bununla da dövlətimizin sərhədlərini pozmuş, yalnız Fransaya qayıtdıqdan sonra öz səfəri haqqında mətbuata məlumat vermişdir.

Azərbaycan rəhbərliyi onun Xankəndinə səfəri haqqında vaxtında dəqiq məlumatı olsaydı, Pekresi geri buraxmayacağını bəyan edəndən sonra isə o Fransa prezidentinə müraciət edərək, özünü Şərq xaçpərəstlərinin müdafiəçisi kimi təqdim etmiş, Fransa prezidentinə rəsmi Azərbaycandan üzr istənməsi tələbi haqqında təklif vermişir.

Etikxeber.az xəbər verir ki, bu fikirlər professor Lalə Şövkətin lideri olduğu Azərbaycan Liberal Partiyasının (ALP) bəyanatında yer alıb.

ALP hesab edir ki, Azərbaycanın icazəsi olmadan onun torpağına səfər etmək, əhalisinin ən azı 10 faizi müsəlman olan Fraansanın prezidentliyə namizədi xanım V.Pekresin bu mövqeyi beynəlxalq hüquqa ziddir və təxribat xarakteri daşıyır.

“ALP hesab edir ki, Azərbaycan rəsmi orqanları BMT-yə, başqa beynəlxalq təşkilatlara və ictimaiyyətə müraciət etməli, onları ölkəmizin Xankəndi bölgəsinə yalnız Azərbaycan Respublikasının icazəsindən sonra səfər edilməsi haqqında xəbərdar etməlidir. ALP təklif edir ki, rəsmi Azərbaycan bundan sonra belə halların təkrar olunmaması və dövlətimizdən üzr istənilməsi tələbi ilə Fransaya müraciət etməlidir”-deyə, sonra bəyanatda qeyd olunur.

Etikxeber.az

Read Previous

100 yaşlı Fatma Səttarova-“İSTİQLAL” ORDENİ İLƏ TƏLTİF OLUNDU – YENİLƏNİB

Read Next

Daha 757 yeni yoluxma-DAHA 9 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir