Rəsmi Moskva Gürcüstanla arasında viza rejiminin ləğv edilməsinin şərtlərini açıqladı

2740268 11/18/2015 Russian Foreign Affairs Minister Sergei Lavrov at a news conference on the results of his Moscow meeting with Minister of Foreign Affairs and Emigrants of Lebanon Gebran Bassil. Iliya Pitalev/Sputnik

Moskva Tiflislə münasibətlərin normallaşmasından məmnun olsa da, vizaların ləğvi barədə yalnız diplomatik münasibətlər bərpa olunduqdan və bölgədə təhlükəsizlik səviyyəsi artıqdan sonra danışmaq mümkün olacaq.

Etikxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbər görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

“Rusiya və Gürcüstan münasibətlərinə gəlincə, bizim nümayəndələriniz Karasin və Abaşidze bu yaxında növbəti dəfə görüşüblər… biz münasibətlərin normallaşmasından məmnunuq, əmtəə dövriyyəsi artmaqdadır… aviadaşımanın coğrafiyası genişlənməkdədir”- deyə, Lavrov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə bildirib.

Lavrovun sözlərinə görə, Rusiya və Gürcüstan arasında viza siyasəti əhəmiyyətli dərəcədə liberallaşdırılıb və hazırda Gürcüstan vətəndaşları problemsiz Rusiyaya səfər edə bilir.

“Viza rejiminin ləğvinə gəlincə, bir daha qeyd edim ki, bu kifayət qədər mürəkkəb məsələdir, bu yalnız diplomatik münasibətlərin olmaması ilə bağlı məsələ deyil. Burada, həmçinin təhlükəsizliyin təmin olması zərurəti var. Çünki, nəzərə almaq lazımdır ki, tək Mərkəzi Asiya deyil, Cənubi Qafqaz bölgələri də silahlılar, ekstremistlər, terrorçular və narkotik alverçilərinin fəal istifadə etməyə çalışdığı marşrutlar sırasındadır” – deyə, rusiyalı nazir qeyd edib.

Nazir qeyd edib ki, iki ölkənin hüquq-mühafizə orqanları arasında hərtərəfli əməkdaşlıq bərpa edildikdən sonra, “hər iki tərəfin qeyd olunan riskləri maksimum səviyyədə aradan qaldıra biləcəyi təqdirdə, viza rejiminin daha da yüngülləşdirilməsi barədə danışmaq mümkün olacaq”.

“Lakin diplomatik münasibətlərin olmadığı şəraitdə bu cür əməkdaşlığı bərpa etmək çətindir” – deyə. Lavrov qeyd edib.

Etikxeber.az

Read Previous

Ermənilər atəşkəsi 37 dəfə pozub

Read Next

Hava küləkli olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir