Rabitə və yüksək texnologiyalar naziri Ağcabədiyə niyə gedir?

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 28-də saat 12.00-da Ağcabədi şəhərində Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli və Xocavənd rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən Etikxeber.az-a bildirilib ki, vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 5983818 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Ağcabədi rayonunda (02127) 55299, Beyləqan rayonunda (02122) 53233, Zərdab rayonunda (02029) 64299, Füzuli rayonunda (02631) 55160, İmişli rayonunda (02124) 64366, Xocavənd rayonu üzrə (02122) 35448 əlaqə nömrələrinə zəng etmək olar

Etikxeber.az

Read Previous

Kinooperator Rasim İsmayılovun anadan olmasının 80 illiyi qeyd olunacaq

Read Next

Politoloq: “Amerikalı həmsədrin dedikərinə aydınlıq gətirməsi vacibdir”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir