Radikal dini qrupların və radikal müxalifətin 18 fəalı saxlanıldı – RƏSMİ

İyulun 15-də Sumqayıt şəhərində hüquq-mühafizə orqanları qətiyyət və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb.

Hüquq mühafizə orqanlarından Etikxeber.az-a bildiriblər ki, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlaşdırıblarmış.

Onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilib, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunub və planları tam aşkara çıxarılıb. Məhz bundan sonra saxlama tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib.

Hüquq mühafizə orqanları tərəfindən hazırda əməliyyat davam etdirilir.

Xatırladaq ki, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bu hadisələrlə əlaqəsi olan hər bir kəsin məsuliyyətə cəlb olunacağı və ədalət məhkəməsi qarşısında cavab verəcəyi barədə xəbərdarlıq etmişdi.

Etikxeber.az

Read Previous

Qazaxda dövlət bayrağına hörmətsizlik – FOTO

Read Next

Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edildi – DİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir